Gənc iranlı tədqiqatçılar havadan dəstək robotu düzəldiblər ki, ondan dənizdə boğulan insanları xilas etmək üçün istifadə olunur.
“Pars” adlandırılan bu robot sahil xətti boyunca xüsusilə də Xəzər sahillərində boğulmaqda olan insanları xilas etmək üçün nəzərdə tutulub.
Bu robotu istiqamətləndirmək üçün yeni texnologiyadan istifadə olunub. Bu robot təsvir və səsləri qeydə almaq, avto-pilota malik olmaq, süni beynə və müxtəlif sensorlara malik olmaqla özünəməxsusluğu ilə seçilir.
Bu robot 3 xilasedici halqaya malikdir ki, istiliyə həssas sensorları vasitəsilə dalğalar arasında boğulmaqda olan insanın yerini müəyyənləşdirərək(xüsusilə gecə vaxtı) xilasedici halqaları ona doğru suya buraxır.