AsyaBəhreynDünyaXƏBƏRLƏR

Ali-Xəlifə rejimi hərbçilərinin Bəhreyndəki məscidlərə basqınları davam edir

Bəhreyn Milli Birlik Cəmiyyəti Ali-Xəlifə rejimi hərbçilərinin bu ölkədəki məscidlərə basqınlarının davam etməsindən xəbər verib.

Bəhreynin Əl-Vəfaq portalının məlumatına görə, Ali-Xəlifə rejiminin qüvvələri bu ölkənin müxtəlif məntəqələrində, o cümlədən Əl-Sənabis, Sar, Əl-Dirazda məscidlərə basqınlarının davamında yeni bir hərəkətdə Bəhreynin paytaxtı- Manamadakı “Ali” məntəqəsində bir məscidin güldəstəsini hədəfə alıblar.
Bəhreyn Milli Birlik Cəmiyyəti də Ali-Xəlifə rejimi hərbçilərinin məscidlərə basqınlarının davam etməsinə reaksiyada bir bəyanatla 38 məscidi dağıtmış amillərin cəzalandırılmalarını vurğulayaraq, bildirib ki, bu rejim xalqı kobudluğa doğru çəkməkdən ötrü əlindən gələni əsirgəmir.
Digər tərəfdən, Ali Xəlifə rejimi ilə müxalif olan və bu rejimin məhbəslərində saxlanılan liderlərdən bəziləri, o cümlədən Şeyx Əbdülcəlil Əl-Miqdad, Şeyx Səid Əl-Nur və Şeyx Mirzə Əl-Hərus bir bəyanatda bildiriblər: Bəhreyn hökmranları vətəndaşları kobudluğa doğru sövq etdirirlər ki, puç bəhanələrlə onları yatırtsın və öz qanuni hüquqlarına çatmaqdan məhrum etsinlər.
Həmçinin bəhreynli siyasi fəal- Mətər Mətər Amerikanın Bəhreynə olan geniş nüfuzuna işarə edərək, Vaşinqtondan istəyibdir ki, Ali-Xəlifə rejiminin başçılarını Bəhreyndə əhatəli siyasi islahatlar aparmaq üçün təzyiq altında qoysun.
Mətər Mətər demokratiya və səbatı Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin hamısının xeyrinə bilərək, deyib ki, Ərəbistan Bəhreyndə demokratiyanın qurulmasını özü üçün bir təhdid sayır.
Digər bir xəbərə əsasən, Ali-Xəlifə rejimi ilə müxalif olan qruplar bir bəyanat yayıb, bu rejim tərəfindən təbliğat danışıqlarının aparılmasında məqsədi, ölkədə böhranın şiddətlənməsi adlandıraraq, bildiriblər ki, Bəhreyn müstəbid diktatorluq dövrü keçirir və ölkədə demokratiyanın bərqərarı üçün real siyasi həll yolu tapılmayınca hər cür proses faydasızdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu