AzərbaycanXƏBƏRLƏR

Deputatın hicablılara təhqiri etirazlara səbəb olub

Azərbaycan respublikasının deputatı mediada hicaba qarşı planlaşdırılmış şəkildə fəaliyyətlərin olduğunu etiraf edərək, deyib ki, Görürsünüz, bu zalda bir nəfər hicablı yoxdur. Bu, bizim uğurumuzdur. Bu, media vasitəsilə görülmüş işlərin nəticəsidir”.

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda çıxış zamanı azərbaycanlı inanclılara təhqir xarakterli ifadə işlədərək deyib: Bir neçə il əvvəl Azərbaycanda qadınların çarşab taxmaları ilə bağlı narahatlıqlar var idi: “Hətta Təhsil Nazirliyinin qarşısında müxtəlif insanların etiraz aksiyası keçirilib. Daha sonra müəyyən edilib ki, nazirliyiin qarşısnda aksiya keçirənlərin nə uşaqları, nə də bacıları, nə ali təhsil ocaqlarında təhsil alırlar, nə də baş örtüklərindən istifadə edirlər. Bunlar xüsusi təlim almış şəxslər idi.” Onun sözlərinə görə, buna səbəb medianın bu məsələdə səhv mövqeyi olub. “Azərbaycanda qadın ABŞ-dan öncə səs hüququ qazanıb. Azərbaycan qadınının XXİ əsrdə hicaba qayıtması böyük səhvdir. Lakin keçirilmiş tədbirlər öz nəticəsini verib. Görürsünüz, bu zalda bir nəfər hicablı yoxdur. Bu, bizim uğurumuzdur. Bu, media vasitəsilə görülmüş işlərin nəticəsidir” – deyə deputat fikirlərini tamamlayıb.
Deputat Bəxtiyar Sadıqovun hicablılara tohini etirazlara müşaiət olunur. İslam-azeri saytına müsahibə verən ruhanilər yekdilliklə Bəxtiyar müəllimin açıqlamasını qınayıblar.

Ruhani, Cəlilabad rayonunun nüfuzlu ağsaqqalı hacı İlqar Əliyev: hicab Qurani Kərimin əmridir. Ola bilər ki, orada iştirak edən şəxslərdən birinin ailəsində hicablı yoxdur. Amma sən kimsən mənim Allahımın əmrinə qarşı çıxırsan?

İlahiyyatçı Fərhad Mirzə: “Bəxtiyar Sadıqovun belə danışması heç də təəccüb doğuran məsələ deyil. İllərlə çürük ateizm üzərində qurulan Sovet dövlətində yaşayıb komsomol nişanını fəxrlə taxan şəxslər bundan artıq söz deyə bilməzlər. Görünür, ümumiyyətlə Bəxtiyar müəllimin Azərbaycanın milli-mənəvi dəyərlərindən xəbəri belə yoxdur. Çünki bu dəyərlər heç vaxt onun kimiləri maraqlandırmayıb.

Nardaran cümə məscidinin axundu ilahiyyatçı hacı Əli Nur: “Bu fikirlərlə sadəcə böhtan atırlar. Düşünürəm ki, fikirləri qərəzli olaraq səsləndirib. Əksər deputatlar millətin əziyyətini çəkən, qeydinə qalan deyillər. Ona görə də onların bu sözlərinin heç bir etibarı yoxdur.”

İlahiyyatçı Ruhullah Novruzzadə: “Cənab Sadıqovun bildirdiyi məlumatlar heç bir sübutu olmadığından sadəcə olaraq əsassızdır. Yəni özü dindar olmayan, ailə üzvlərindən hansısa hicabsız olan bir vətəndaşın da hicablı vətəndaşı, öz həmvətənini müdafiə etməsi, dəstək olması onun konstitusion hüququdur.
İlahiyyatçı Vüqar İskəndərov: “Əslində burda münasibət bildiriləsi bir məsələ yoxdur. Hər şey əvvəldən məlumdur. Din nədir bilməyən adam sağlam dini təbliğlə missionerliyi əlbəttə ayırd edə bilməyəcək və ağzına gələni danışmağa başlayacaqdır.”
İlahiyyatçı Emil Rahiloğlu: “Vallah son zamanlar bizim bu deputatxanadan o qədər gülünc və standartlara uyğun olmayan fətvalar çıxır ki, adam Qurani Kərimin “Kafirun” surəsinə istinad edib sükut etmək istəyir.Mən bu cümlə ilə sözümü tamamlayıram: “Ey deputat, hicabın müdafiəsinə çıxanların “günahı” qeyrətli olmalarıdırsa, deputatlığı alıb satanların görəsən günahı nədir?!”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu