İran Nizamın Məsləhətini Belirleme Təşkilatı Başçısı Ayetullah Əkbər Haşimi Rəfsəncani, Ərəbistanı rejiminin, Yəməni bombardman etməklə məqsədlərinə çata bilməyəcəyini vurğuladı.
İslam inqilabı gözətçilər ordusu komandirləri ilə görüşən Ayətullah Rəfsəncani, Sionist rejim İsrailin Livan Hizbullah hərəkatı və Livan milləti qarşısında uğradığı məğlubiyyətə Səud rejimi üçün yaxşı bir dərs olması lazım olduğunu, Ərəbistanı rejiminin səhvlərini davam etdirdiyi təqdirdə, bir bataqlığa batan bir insanın xilas olmaq üçün çırpınmasına və çırpındıqca daha da bu bataqlığa batmasına bənzəyəcəyini vurğuladı.
Region ölkələrinə hakim olan ürək ağrıdan vəziyyətdən duyduğu təəssüf dilə gətirən Ayətullah Rəfsəncani, bölgə ölkələrinin daxili qarşıdurmalar və terror hücumları kimi ciddi məsələlərlə məşğul bir sırada, İslam ölkələrinin bir-birinə hücum etməsi, bu qayğılara daxil bəyan etdi.
Ayətullah Rəfsəncani, mövcud münaqişələr həlli üçün tək yolun siyasi dialoq və müzakirədən ibarət olduğunu, bu müzakirələr gecikdikcə günahı, bu vəziyyəti sabote edənlərin boynuna olduğunu vurğuladı.