AzərbaycanİranXƏBƏRLƏR

Xalidə Xalidin işi araşdırılır

Təbrizdə həbs olunmuş iki Azərbaycan Respubliası vətəndaşının işi araşdırılır . Bunu İranın baş prokuroru və Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi deyib.

Möhsini Ejeyi deyib: Onların həbs olunması səbəbləri və detalları indi açıqlama verə bilmərəm, ümid edirəm ki, tez bir zamanda bununla bağlı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi- Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdə İranın təhlükəsizliyinə qarşı yönəlmiş formada millətçiliyi təhrik etmək və sionist rejimə bağlı millətçi ünsürlər ilə əlaqə qurmaqda ittiham və həbs edilib.

XİN-də olan agah bir rəsmi iki Azərbaycan R. vətəndaşının həbs olunması xəbərinə reaksiyada deyib: Qeyd olunan şəxslər turist adı altında İrana səfər edib. Onların ittihamı qanunsuz hərəkətlər, o sıradan qeyri-adi əlaqələr yaratmaq olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu