AzərbaycanDünyaXƏBƏRLƏR

DİN Elşadın videosunu montaj adlandırdı

Elşad Abdullayevin videosundakı Azərbaycan Respublikasının DİN-in rəisi videonu başdan-ayağa montaj adlandırıbdır.
Açıqlamasında Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi Rasim İldırımzadə deyib : “Elşad Abdullayev məni şantaj etmək istəyir. Video başdan-ayağa montajdır”.
Fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində tələb olunan pul müqabilində onu azad edəcəklər.
R.İldırımzadə həmçinin bildirib: “Yəqin ki, Daxili İşlər Nazirliyinin həmin videoya cavabı olacaq. Videodan belə çıxır ki, mən münəccimliklə məşğulam. Bunlar ağ yalandır. Mənə qarşı təxribatdı”.
Qeyd etmək lazımdir ki, sabiq deputat Gülər Əhmədova da Elşad Abdullayevin onunla sövdələşməsini göstərən videonu montaj adlandırmışdır. Amma, Gülər Əhmədova bir neçə aydan sonra bunula əlaqədar həbs olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu