İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini deyib: ” İran nüvə məsələləri haqda qərbli tərəfin əksinə olaraq, həmişə məntiq habelə beynəlxalq qanunlara sadiq olmağa əsasən əməl edibdir.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri sonra deyib: ” Qərblilər İranla nüvə danışıqlarında heç vaxt stabil mövqedə olmayıblar və daim bu haqda öz mövqelərini dəyişirlər”.
Baqiri sonra deib: ” İran dəfələrlə 5+1 Qrupundan istəyibdir ki, nüvə danışıqlarını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qanunlarına əsasən və etimad yaratma çərçivəsində həyata keçirsin”.
Ali İranın Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini həmçinin deyib: ” Bu haqda qarşılıqlı əməkdaşlıqların mövcud olmadığı təqdirdə, iki tərəf ortaq nöqtələrə çata bilməyəcəklər”.
Amerikada İran xalqının nüvə enerjisi haqda keçirilən rəy-sorğularına işarə edən Əli Baqiri sonra deyib: ” Bu rəy-sorğularına əsasən İran xalqının 70 faizi, İranın nüvə fəaliyyətlərinin habelə nüvə danışıqlarının davam etməsi ilə razıdır.”
Ali İranın Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini sionist rejimin İranın nüvə təsisatları əleyhinə hədələrinə də münasibət bildirib.
” Hazırda heç bir qüdrət, İrana qarşı hücum vasitəsinə və qabiliyyətinə malik deyil, çünki İran regionun ən qüdrətli ölkəsidir. İran İslam Respublikası özünün bu tam güclülüyünü sionist rejimin məğlubiyyəti ilə nəticələnən bu rejimin Livana qarşı 33 günlük müharibəsinə bütün dünyaya nümayiş etdirdi”—deyə Baqiri bildirib.