AsyaDünyaXƏBƏRLƏR

Misirdə tələbə etirazları gözyaşardıcı qaz bombaları ilə repressiya edilib

Misirin təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz bombalarından istifadə edərək, Müsəlman Qardaşların tərəfdarı olan tələbələrin aksiyasını repressiya ediblər.

Skyniyusun verdiyi məlumata görə Qahirənin Eynüşşəms Universiteti tələbələrinin aksiya keçirmələrindən sonra, Misirin təhlükəsizlik qüvvələri tələbələri dağıtmaq üçün gözyaşardıcı qaz bombalarından istifadə ediblər.

Bu məlumata əsasən son zamanlar Müsəlman Qardaşların tərəfdarı olan tələbələrin aksiyaları şiddətlənib və onlar aksiyalar təşkil etməklə, Mursini himayə etdiklərini bildirib, ordunun Mursinin hakimiyyətdən kənar edilməsindəki müdaxiləsinin çevriliş olduğunu habelə Mursinin hakimiyyətə geri qayıtmasını istəyirlər.

Bu elə bir haldadır ki, ötən gün də Misirdəki bir məhkəmə bu ölkə fəallarından üç nəfərini üç il həbs cəzasına məhkum etdi.

Həmçinin Misirdəki müxtəlif qruplar, o cümlədən Müsəlman Qardaşları və İslami Camaat qrupları bu ölkə konstitusiyası haqdakı referendumu boykot ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu