Fələstinin xəbər qaynaqlarının məlumatına görə Sionist rejim əsgərləri çərşənbə günü İordan çayının Qərb sahilində yerləşən Qüds, Əl-Xəlil və Cenin şəhərlərinə basqın edərək bu 15 fələstinlini həbs ediblər.
Eyni halda Sionist rejim qüvvələri çərşənbə axşamı günü də Əl-Xəlil şəhərində Həmas hərəkatının baş üzvü Əyyub Əl-Qəvvasini oğurlayıblar.
50 yaşlı Qəvvasi 1998-ci ildən sionistlərin tərəfindən təqib edilirdi.
Sionistlər 2000-ci ildən başlanan ikinci intifazədən bəri Qəvvasini fələstinliləri Sionist rejimə qarşı mübarizə aparmaqda təşkilatlandırmaqda günahlandırıblar. Və o tarixdən Qəvvasini ciddi şəkildə təqib edirmişlər.
Qeyd edək ki, çərşənbə axşamı gecə də Sionist rejim ordusunun hərbi katerləri bir daha Qəzzə zolağının su sahillərində fələstinli balıqçıların qayıqlarının üstünə atəş açıblar.