Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkili istisna olunmur.
Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən Ermənistanın xarici işlər naziri deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin qəti şəkildə dalana dirəndiyini söyləyə bilmərəm, çünki proses davam edir”.
Nalbandyan bu ay Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tuta biləcəyini deyib və yaxın zamanlarda prezidentlər səviyyəsində görüşün təşkilini istisna etməyib.
Azərbaycan və Ermənistanın dövlət başçıları, İlham Əliyevlə Serj Sərkisyan 2008-ci ildən bəri 12 dəfə görüşüblər. Ancaq indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş qeydə alınmayıb, Daha çox prezidentlərin əylənmələri və şahmat oynmaları yadda qalıb.