AsyaAzərbaycanXƏBƏRLƏR
Düşmən prezidentlər görüşəcəklər?
ATƏT-in Minsk qrupu tərəfindən təklif olunmuş Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin görüşü naməlum səbəblərə görə təxirə salınıb.
Rusiyanın “İTAR-TASS” agentliyi diplomatik mənbələrə istinadla xəbər verib ki, iyunun 12-də Zalsburqda keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq.
Məlumatda bildirilir ki, prezidentlər İlham Əliyev və Serj Sarkisiyanın görüşü haqda yalnız yayın sonunda və ya payızın əvvəlində danışmaq olar.
Bəzi məlumatlı mənbələr bildirirlər ki, Prezident İlham Əliyev ölkəsində seçki ərəfəsində həmkarı Serj Sarkisiyanla görüşlərini davam etdirmək istəmir.