DünyaXƏBƏRLƏR

AXCP-nin Lənkəran şöbəsinə hücum

İyunun 9-da AXCP Lənkəran şöbəsinin müşavirəsinə gedən heyət hücuma məruz qalıb.
“Azadliq”-ın məlumatına görə, partiya sədrinin müavini Fuad Qəhrəmanlı, sədrin müşaviri Asif Yusifli və Ali Məclisin Rəyasət Heyəti üzvü Mənsum Bayramov Lənkərana daxil ola bilməyiblər.
Məlumata əsasən, rayonun girəcəyində icra hakimiyyəti və polisin himayə etdiyi öyrədilmiş adamlar əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə basqın edib, onlara xəsarət yetirməyə çalışıb.
Bundan əvvəl Musavat Partiyasının sədri İsa Qəmbər də Lənkərana səfərində basqıya məruz qalmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu