İranSuriyaXƏBƏRLƏR

Beyrutda İran səfirliyi yaxınlığında silahlı toqquşma

Livanın paytaxtı Beyrutda, İran səfirliyinin təqribən 1 kilometrliyində Suriya prezidenti Bəşşar Əsəd və Livan Hizbullahının tərəfdarları ilə Suriyada Əsəd hökumətinə qarşı savaşan təkfirilər və terrorçuların himayədarları arasında silahlı toqquşma baş verib.

Əl-Aləm telekanalının məlumatına görə, Suriyadakı təkfirilər və terrorçuların tərəfdarları öncədən elan olunmuş şəkildə və “Siz Livanlısınız” partiyasının dəvəti ilə İran səfirliyinin qarşısında aksiya keçirməyə çalışıblar. Onlar, yerli vaxtla saat 12-i radələrində bir neçə avtomobil ilə səfirliyin yerləşdiyi məntəqənin 1 kilometrliyinə qədər irəliləyiblər. Daha sonra onlar İran səfirliyinə doğru yürüş etmək istəyiblər.

Əl-Aləm telekanalının məlumatına görə, bu şəxslər İran səfirliyinə doğru yürüş etmək istədikləri zaman onlarla məntəqə sakinləri və Əsəd tərəfdarları arasında toqquşma baş verib.

Təkfirilər və terrorçuların himayədarları ilə məntəqə sakinləri və Əsəd tərəfdarları arasında toqquşmanın başlanması ilə Livanın təhlükəsizlik və ordu qüvvələri dərhal vəziyyətə müdaxilə ediblər. Nəticədə tərəflər arasında silahlı insident yaşanıb.
Yerli mənbələr bu toqquşmada bir nəfərin həyatını itirdiyini və 10 nəfərin də yaralandığını bildirirlər. Ölən şəxsin “Siz Livanlısınız” partiyasının üzvülərindən olan Haşım Süleyman adlı biri olduğu bildirilir.

Hadisənin ardınca münaqişə tərəfləri dərhal dağlışıblar. Hazırda İran səfirliyinin ətrafında vəziyyət sakitdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu