DünyaÜMUMİXƏBƏRLƏR

AXCP polisin partiyanın Sabirabad şöbəsinin müşavirəsini dağıtmasını pisləyib

AXCP aprelin 20-də partiyanın Sabirabad şöbəsinin müşavirəsini polisin dağıtmasını bəyanatla pisləyib.

Bəyanatda bildirilir ki, AXCP Sabirabad şöbəsi ölkə qanunları və partiyanın nizamnaməsinə uyğun olaraq, növbəti müşavirəsini keçirmək istəyən halda, tədbir başlayandan təxminən 15 dəqiqə sonra aralarında mülki geyimlilərin də olduğu 100-ə yaxın polis əməkdaşı partiya fəalı – Sahib Rüstəmlinin müşavirənin keçirildiyi evinə sözün həqiqi mənasında basqın edərək, tədbiri dağıdıb.

Basqın zamanı polislər şəxsi əmlaka zərər vurub, toplantı iştirakçılarına, eləcə də ev sahibinin ailə üzvlərinə qarşı ciddi zorakılıq edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu