İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad müstəqil ölkələr ilə mədəniyyət, iqtisadiyyat və siyasi əlaqələrin genişləndirilməsini İranın xarici siyasətinin başlıca prioritetlərindən adlandırıb.
Mahmud Əhmədinejad “ Biznes of The Year” jurnalı ilə müsahibədə deyib: Dünya ilə konstruktiv və müsbət əlaqələrə malik olmaq və müstəqil ölkələrlə əməkdaşlıqları genişləndirmək daim İranın xarici siyasətinin əsas prioriteti olub.
M.Əhmədinejad əlavə edib: Qonşu və digər ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi və iqtisadi sanksiyalar dövründə digər mühüm məsələlərdən sayılır.