İran İslam Respublikası prezidenti- Mahmud Əhmədinejad deyib: İranın coğrafiyasına uzanan çirkin əllərin nəsibi, kəsilmək olacaq.
İİR prezidenti- M.Əhmədinejad bu gün səhər Milli Fars Körfəzi Günü münasibətilə keçirilən mərasimdə deyib: Bu belə deyil ki, bir qrup heç bir tarixi əsas olmadan bir məntəqəyə yeni ad qoysun. Tarixi adlar sivilizasiya və iqtidarın məhsuludurlar.
M.Əhmədinejad əlavə edib: Bu gün coğrafiyada dəyişikliklərlə bağlı nigaran deyilik. Bizim nigaran olmamağımızın səbəbi budur ki, bu məntəqənin coğrafiyasını dəyişmək ardınca olanlar, İranın xəritəsinə baxdıqda və onun əzəmətini gördükdə bu əməllərinə görə peşman olublar. Bəziləri də coğrafiyanın dəyişməsində israrlı görünürlər. Biz deyirik; eybi yoxdur. Tarixi vərəqləyəcəyik və hər bir millətin keçmişdə malik olduqları ona geri qaytarılmalıdır.
O, sözlərinin davamında coğrafiyanın dəyişdirilməsi istiqamətindəki bütün səylərin uğursuzluq və əbədi bir ləkə ilə üzləşəcəyini deyərək, vurğulayıb: İran sırf coğrafi xəritə və ya bir irq deyil. İran bir mədəniyyət, bir sivilizasiyadır və İran sivilizasiyası və mədəniyyətinin ayaq basdığı hər yer, İrandır.
Mahmud Əhmədinejad bəzilərinin küncdə-bucaqda başlarından böyük sözlər danışa biləcəklərinə işarə edərək, deyib: Onlar bilməlidirlər ki, mədəniyyət, insanlıq və sivilizasiya neft və neftdən əldə edilən pullar hesabına yaranmır. İqtidar və izzət bu yolla əldə edilən pullar hesabına başa gəlmir. Mədəniyyət, sivilizasiya və milli iqtidarı bir xalqın inancları və ideyaları yaradır.
İran İslam Respublikası prezidenti sonda deyib: İran sivilizasiyası daim sülh və ədalət ilə yanaşı olub. Aydın məsələdir ki, İran coğrafiyasına doğru uzanan istənilən çirkin əlin nəsibi, kəsilmək olacaq.