İranXƏBƏRLƏR

İrandan Dünya İctimaiyyətinə xəbərdarlıq

Növbəti iclasa kimi bütün üzvlər nüvə silahı olmayan Yaxın Şərqlə bağlı qərar qəbul etməlidirlər.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri deyib: NPT-nin üzvü olmayan bir dövlət kimi sionist rejimin NPT-nin üzvü olan Suriyaya qarşı hücumla bağlı yol verdiyi cinayət işi BMT TŞ-yə göndərilməlidir.

Əli Əsğər Soltaniyyə 2015-ci il NPT müqaviləsinə yenidən baxılması konfransına hazırlıq komitəsinin ikinci iclasına nüvə silahı olmayan Yaxın Şərq mövzusu ilə bağlı bəyanat təqdim edərək, deyib:

“İranın ”Nüvə Silahı Olmayan Yaxın Şərq” ideyasının 1974-cü ildə gündəmə gətirilməsindən təqribən 40 il keçir. İİR öz təsisatlarını Agentliyin nəzarətinə verməklə, nüvə silahlarının məhv edilməsi ideyasının gerçəkləşməsində nə qədər qətiyyətli olduğunu nümayiş etdirdi.
Müstəqil ekspertlərin qənaətinə və əldə olunmuş informasiyaların analizinə əsasən, sionist rejim uzun müddətdir ki, 100-200 nüvə başlığına malikdir.
Eyni zamanda nüvə təsisatlarına hücum tabusu 1981-ci ildə İsrail rejiminin Fransa tərəfindən İraqda quraşdırılmış nüvə reaktorunu hədəfə alması ilə dağılmış oldu. Bu məsələ İsrail rejiminin dünya ictimaiyyətinin qınağına tuş gəlməsi və BMT Baş Assambleyasının qətnaməsi əsasında onlarla il imtiyazlarından məhrum edilməsinə səbəb oldu. Amma ABŞ təhdid edərək bildirdi ki, sionist rejimin ixrac ediləcəyi təqdirdə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzvlükdən çıxacaq.
1982-ci ildə isə İran hökuməti bildirdi ki, Amerikanın AEBA-dan çıxacağı təqdirdə, İran BMT-yə dəyəcək maddi zərər və ziyanı ödəməyə hazırdır.
Amma sonralar məlum oldu ki, bu təhdid blefdən başqa bir şey deyilmiş.
Sionist rejimin İraqın nüvə reaktoruna hücumu ilə bağlı heç bir ciddi cəza tədbirlərinin görülməməsi səbəb oldu ki, bu rejim ABŞ və bəzi Qərb ölkələrinin dəstəyi ilə bir neçə dəfə İranın Buşehr AES-ni hücuma məruz qoysun.
İndi İsrail rejimi iddia edir ki, Suriyanın Əl-Zur təsisatlarına ona görə hücum edib ki, guya orada nüvə reaktoru quraşdırılırmış. Halbuki BMT-yə üzv ölkələrə qarşı istənilən hücum BMT-nin nizamnaməsinin aşkar və kobud surətdə pozulması deməkdir. İsrail rejiminin iddiasına, habelə ABŞ və sionist rejimin təsdiqinə əsasən, bu rejim indiyə kimi BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nizamnaməsini 533 dəfə pozub. Buna görə də BMT TŞ tərəfindən ciddi və təxirəsalınmaz addımlar atılmalıdır.
Məgər utandırıcı deyil ki, ABŞ və digər qərb dövlətləri yalnız 17 səslə dünyanın 150 səsi müqabilində Suriyanın işini BMT TŞ-yə göndərsin, amma İsrail rejiminin NPT-yə üzv olmayan bir dövlət kimi , NPT-yə üzv olan Suriyaya hücum etməsi işi BMT TŞ-yə göndərilməsin?
İranın bəyanatında həmçinin deyilir: Növbəti hazırlıq iclasına kimi bütün üzvlər nə qədər ki, gec deyil, bu məsələlər haqda qərar qəbul etməlidirlər. Bəlkə də “ Nüvə Silahı Olmayan Yaxın Şərqin təsis edilməsi müqabilində nüvə silahlarının yayılmaması müahidəsinin müddətinin məhdud olmayan zamana kimi uzadılması haqda 1995-ci il qərarı”na yenidən baxılması lazım gəldi.”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu