İran və Azərbaycan arasında hər hansı bir ixtilaf yoxdur
Azərbaycan Respublikasının xarici işlər naziri ölkəsi ilə İran arasında hansısa problemin olmasını rədd edib.
Elmar Məmmədyarov bu gün Rusiyada çıxan Nezavisimaya qəzeti ilə müsahibədə Azərbaycanın xarici siyasətinin milli mənafe üzərində qurulduğunu deyərək, Bakı və Tehranın öz münasibətlərində hər hansı bir problem ilə üz-üzə olmadıqlarını bildirib.
E.Məmmədyarov həmçinin, iranlı həmkarı Əli Əkbər Salehi ilə olan son danışıqlarına işarə edərək, deyib: İranın xarici işlər naziri bu danışıqlar zamanı Azərbaycana ehtimal edilən səfərindən xəbər verib.
Azərbaycan Respublikasının xarici işlər naziri əlavə edib: Hər bir qonşu ölkə kimi İran və Azərbaycan da bəzi məsələlərdə fikir ayrılıqlarına malikdirlər. Amma, hər iki ölkə ixtilafların həllində ortaq bir dil tapa bilir.