Müttəqilər Mövlası Həzrət Əli(ə)ın səadətli viladətinin ildönümü günü münasibəti ilə Dünya Şiələrinin birinci imamının pak məqbərəsi iranlı incəsənət xadimləri tərəfindən bəzədiləcək.
İraqda Müsəlmanların Müqəddəs Məkanlarının Yenidən Bərpası Qərargahının İctimai Əlaqələr Bölməsinin verdiyi məlumata görə Müttəqilər Mövlası Həzrət Əli(ə)ın pak məqbərəsini bəzəmək üçün İranın Şiraz şəhərindən min şaxə gül İraqın Nəcəf şəhərinə göndərilib və bu gecə iranlı incəsənət xadimləri o həzrətin pak məqbərəsini güllə bəzəyəcəklər.
Sabah rəcəb ayının 13-ü Dünya Şiələrinin birinci imamı, Həzrət İmam Əli(ə)ın viladətinin ildönümü günüdür.