DünyaXƏBƏRLƏR

13 Rəcəb “Atalar Günü”

Sabah Rəcəb ayının 13-cü Həzrət Əli(ə)-ın səadətli miladı və İranda “Atalar Günü”nə təsadüf edir.
İmam Əlinin(ə) ən bariz nümunələrindən biri övladların tərbiyəsinə xüsusi diqqət yetirməkdir. Bu atalıq qayğısının nəticəsini İmam Həsən(ə), İmam Hüseyn(ə) və xanım Zeynəbin(s.ə) timsalında müşahidə etmək olar.

O həzrətin övladın düzgün tərbiyə edilməsi ilə bağlı dini və insani metodlara təkidi İmam Əli(ə)-ın övladların islami və insani yetişdirilməsinə nə qədər önəm verməsinin göstəricisidir.
Əli İbn Əbu Talib(ə) 30-cu Fil ili rəcəb ayının 13-də yəni, İslam peyğəmbərinin Mədinəyə hicrət etməsindən 23 il əvvəl Kəbə divarlarının içində dünyaya göz açıb.

O, Allah evində(Kəbədə) dünyaya göz açan yeganə şəxs idi. Bu Həzrət Əli(ə) üçün bənzərsiz bir fəzilətin nişanəsi idi. Allat Tala yalnız ona belə bir üstünlük və fərqlilik nəzərdə tutmuşdu. Nə ondan öncə, nə də ondan sonra heç bir şəxs belə bir fəzilətə nail olmamışdı.

Əli(ə) əziz İslam Peyğəmbərinin(s.ə.s) məhəbbət dolu qucağında böyüyüb boya-başa çatıb.

O, İslam Peyğəmbərinə(s.ə.s) iman gətirən ilk kişi idi. Ömrünün sonuna kimi haqq və ədalət uğrunda apardığı mübarizədən bir an olsun qəflət etmədi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu