İranın Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü (21 may, 31 ordibehest) bir bəyanat yayaraq, Nigəhban Şurası, Konstitusiyaya Nəzarət Şurası tərəfindən 11-ci dövr Prezident Seçkiləri üçün səlahiyyətləri təsdiq edilmiş namizədlərin adlarını elan etdi.
Səid Cəlili, Qulaməli Həddad Adil, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmmədrza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayəti Nigəhban Şurası tərəfindən səlahiyyətləri təsdiq edilmiş namizədlərdirlər.
İsfəndiyar Rəhim-Məşayi və
ın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani səlahiyyətləri təsdiq edilməmiş namizədlərdəndirlər.
Xordad ayının biri prezident seçkiləri üzrə səlahiyyətləri təsdiq edilmiş namizədlərin rəsmi təbliğatlarının birinci günü idi. İran prezidenti hələ də özünün nəzərdə tutduğu namizəd İsfəndiyar Rəhim Məşayinin səlahiyyətini təsdiq etmək uğrunda səylərdən danışır. Amma Haşimi Rəfsəncaninin səlahiyyətlərin təsdiq edilməsi üzrə nəticələr haqdakı nəzəri hələki yayımlanmayıbdır.
Səlahiyyətləri təsdiq edilməmiş namizədlər arasından indiyə qədər Məşayi və Vaizzdə nəticələrə etiraz etmələrindən xəbər veriblər. Sadiq Vaizzadə özünün səlahiyyətinin Nigəhban Şurası tərəfindən rədd edilməsi haqda deyib: Mənim səlahiyyətimin rədd edilməsi haqda Nigəhban Şurasının nəzərinə hörmət edərək, qanuni yollarla öz etirazımı izləyəcəyəm.
Bundan öncə qeydiyyat günü özünün nəzərdə tutuğu namizədi himayə etməsini məzuniyyətdə olması ilə əsaslandıran Əhmədinejad bu gün və Nazirlər Kabinetinin iclası kənarında deyib: Cənab Məşayi məzlum duruma düşdü və belə inanıram ki, Vilayəti-Fəqihə olan bir ölkədə məzlumun haqqı bu səviyyədə pozulmaz və İslam İnqilabının Böyük Rəhbərinin varlığı ilə heç bir problem olmayacaq. Mən İslam İnqilabının Böyük Rəhbəri vasitəsi ilə işi sonuna qədər izləyəcəyəm ki, inşallah problem həll edilsin. Məni və cənab Məşayini sevənlərdən istəyirəm ki, səbirli və təmkinli olsunlar. Çünki İslam İnqilabının Böyük Rəhbərinin varlığı ilə heç bir problem olmayacaq.
