İran İslam Respublikasının xarici işlər naziri bu ölkənin xarici siyasət prinsiplərinin dəyişilməz olduğunu vurğulayıb.
Məhəmməd Cavad Zərif İranın 3-cü telekanalı ilə müsahibədə İranın xarici siyasət prinsiplərinin ölkə konstitusiyası, mərhum İmamın buyruqları və İnqilab Rəhbərinin göstərişləri əsasında təyin edildiyini və prinsiplərin İran İslam Respublikasının beynəlxalq əlaqələrinin əsas bazasını təşkil etdiyini bildirib.
Zərif əlavə edib: Bu prinsiplər ölkənin ərazi bütövlüyünü, milli hakimiyyətini, müstəqilliyini və azadlığını müdafiə habelə, münasib və ədalətli beynəlxalq əlaqələrin qurulması ilə xalqın məişətinin yaxşılaşdırılması üzərində qurulub.
İranın xarici işlər naziri daha sonra deyib: İİR heç vaxt militarist məqsədlər ardınca olmayıb və öz hazırkı geosiyasi vəziyyətindən razıdır, ehtiyaclarını təmin etmək üçün işğalçılığa da ehtiyac duymur.