Dünyanın müxtəlif bölgələrində baş verən silahlı qarşıdurmalar bu ölkələrin sərhədlərində 33 milyon insanın didərgin düşməsinə səbəb olub.
Əl-Yom Əl-Sabe internet saytının yazdığına görə çərşənbə günü Birləşmiş Millətlər Təşkilatı müxtəlif bəyanatlarda qeyd edib: 2013-cü ildə dünyanın bəzi bölgələrində baş verən qarşıdurmalar ucbatından 33 milyon 300 min insan o cümlədən qadın, uşaq və kişi didərgin düşüb. Bu ikinci dünya müharibəsindən bəri misli görünməmiş bir hadisədir.
2013-cü ildə ölkələrin daxili sərhədlərindəki qaçqınların sayı 2012-ci ildəki müvafiq dövr ilə müqayisədə 4 milyon 500 nəfər artıb.
BMT tərəfindən yayılan bəyanatlara əsasən Suriyada baş verən qarşıdurmalarda hər bir saniyədə suriyalı bir ailə didərgin düşür.
Statistikalara əsasən Suriya sərhədlərində suriyalı qaçqınların sayı 6 milyon 500 min nəfəri keçib. Bu əsnada 2 milyon 500 min Suriyalı vətəndaş da başqa ölkələrə qaçmağa məcbur olub ki, bu rəqəm də artmaqdadır.
