AsyaDünyaXƏBƏRLƏR

“İranın nüvə fəaliyyətləri keyfiyyətinin yüksəldilməsində heç bir məhdudiyyəti yoxdur”

İran xarici işlər naziri deyib: Cenevrə anlaşmasına əsasən, İranın nüvə fəaliyyətlərində kəmmi baxımdan inkişafın olmadığı halda, fəaliyyətlərin keyfiyyət baxımından, o cümlədən tədqiqat və inkişf üzrə heç bir problemlə üz-üzə deyil.

Seyid Abbas İraqçı ötən gecə İranın ikinci telekanalı ilə müsahibədə, İran ilə 5+1 qrupu arasında Cenevrə anlaşmasının icrası üzrə razılığa gəlməsini bildirərək deyib: Nəhayət Cenevrə uzun məsafəli danışıq marafonundan sonra ikitərəf ortaq fikirə nail olduqları nöqtəyə çatdı və bunun nəticəsində Cenevrə anlaşmasının icra edilməsi üçün ilk addımın icra edilməsinə zəmin yarandı.

İranın nüvə müzakirəçi qrupunun üzvü deyib: Əldə edilən razılaşmaya əsasən, ikitərəf hazırkı vəziyyətin davam etməsi üçün razılığa gəliblər, belə ki İran əleyhinə tətbiq edilən sanksiyalar gücləndirilməyəcək və İran öz nüvə fəaliyyətlərini hazırkı vəziyyətdə davam etdirəcək.

İraqçı açıqlayıb: Uranın zənginləşdirilməsinin asılı vəziyyətə gətirilməsi və uranın 20 faizlıq oksid edilməsi müqabilində qarşı tərəf bir neçə addım atmalıdır.

O, İranın hazırkı miqdarda neftinin satılmasının davam etməsi, neft-petrol üzrə ixracat, sığorta və nəqliyyat işlərinə tətbiq edilən sanksiyaların asılı vəziyyətə gətirilməsi, qızıl ticarəti, avtomobil idxalı və təyyarə qitələrinin idxal edilməsinə qarşı sanksiyaların ləğv edilməsi qarşı tərfəin öhdəliklərindən sayılır.

İraqçı həmçinin ABŞ senatının bəzi nümayəndələrinin İrana qarşı yeni sanksiyların tətbiq edilməsi üzrə cəhdlərinə toxunaraq açıqlayıb: ABŞ konqressi yeni bəhanələr əsasında İranı təzyiqə məruz edərsə, İran heç vəchlə təzyiq altında müzakirə etməyəcək və yeni sanksiyalar tətbiq edilərsə, Cenevrə anlaşması ləğv ediləcəkdir.

İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini 5+1 qrupu ilə son razılaşmanın əldə edilməsi üçün müzakirələrinn gedişatının davam etməsi haqda isə deyib: Son çıxış yoluna nail olmaq zamanı bir ildən ibarətdir belə ki, iki tərəf 20 yanvardan başlayan Cenevrədə razılığa gəldikləri 6 ay ərzində yekun çıxış yoluna nail olmadıqları halda, son çıxış yolunun əldə edilməsi üçün müzakirələrdə ilk dəfə əldə edilən razılıqlar yalnız bir dəfə uzadılacaq.

İraqçı son anlaşmanın əldə edilməməsi və İranın nüvə fəaliyyətlərinin keçmiş vəziyyətə geri dönməsini də istisna etməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu