Bir hesabata görə Kanadanın baş naziri Stefan Harper İsrailə dəstək verən siyasətinə görə tənqid olunub.
“İnformasiya azadlığı” adlı tələb göstərir ki, Kanadada 2012-ci ildə baş nazirə BMT-də Fələstinin mövqeyinin yüksəldilməsinə qarşı çıxdığına görə xeyli etiraz məktubları gəlib.
Kanadalıların 82 % Harperə etiraz məktubu göndərərək onun bu qərarına qarşı çıxdığını bildiriblər.
BMT-nin Baş Assambleyası 2012-ci il noyabrın 29-da bu təşkilatda Fələstinin mövqeyinin “qeyri-üzv nəzarətçi qurum”-dan “qeyri-üzv nəzarətçi ölkə” səviyyəsinə qalxmasını səsə qoydu.
Baş Assambleyanın qərargahdakı 193 üzvündən 138-i qətnaməyə müsbət, 9-u mənfi və 41-i bitərəf səs vermişdir. Kanadadan əlavə İsrail rejimi və ABŞ-da bu qətnamənin əleyhinə səs vermişlər.