May ayında ABŞ-ın casusluq fəaliyyətlərini ifşa edən bu ölkənin Milli Təhlükəsizlik Agentliyinin sabiq üzvü Eduard Snouden 2013-cü ildə Nobel Sülh Mükafatını almaq üçün namizəd olub.
İsveçin Umea Universitetinin professoru Stefan Svallfors Norveç Parlamentinə açıq məktub ünvanlayaraq Vaşinqtonun dünya səviyyəsindəki nəzarət proqramının mövcud olması və genişliyini ifşa edən amerikalı Eduard Snoudenin Nobel Sülh Mükafatına namizəd edilməsini istəyib.
Bu məktubda bildirilir: Eduard Snouden milli qanunlar və beynəlxalq razılaşmaların pozulması ilə həyata keçirilən bu casusluq proqramını ifşa etməklə dünyanın azacıq da olsa yaxşı və təhlükəsiz olmasına kömək etmişdir…O həmçinin insanların hüququ və əsaslı azadlıqları müdafiə etmək üçün müqavimət göstərə biləcəklərini nümayiş etdirib.
Umea Universitetinin professoru Nobel komitələrindən bu mükafatın Snoudenə təqdim olunmasını nəzərdə tutmalarını istəyib.
Svallfors sonda bildirib: Bu məsələ hüquq və insan haqlarının müdafiəsində müqavimət üçün meylin olduğunu göstərir. Hətta əgər belə müdafiə dünyaya hakim hərbi qüdrətə xoş gəlməsə belə.