İordan Çayının Qərb Sahilinin şimalında yerləşən Cenin düşərgəsində sionist rejim hərbçilərinin bir qrup fələstinli fəal ilə toqquşmaları zamanı iki fələstinli şəhid olub.
Məa Xəbər Agentliyinin verdiyi məlumata görə bu gün şənbə günü səhər Cenin düşərgəsində sionist İsrail rejiminin çox saylı qüvvələri, bir qrup fələstinli fəalın toplaşdığı bir evi mühasirə edərək, fələstinlilərlə toqquşublar.
Fələstinin təhlükəsizlik mənbələrinin bildirdiyinə görə bu toqquşmalar zamanı Həmas Hərəkatının hərbi qolu olan Əl-Qəssam Batalyonlarının üzvü Həmzə Əbu-Əl-Həyca və Qəsəm Məhəmməd Cabbar adlı daha bir fələstinli mübariz şəhid olaraq, bir qrup fələstinli də yaralanıb. Bu hadisə zamanı yaralanan fələstinlilərin birinin vəziyyətinin ağır olduğu bildirilib.
Həmçinin sionist rejimin hərbi buldozerləri də qeyd edilən evlərin bir hissələrini dağıdıblar.
Fələstin Muxtariyyət Təşkilatının ahəngdarlığı ilə həyata keçirilən sionist rejim hərbçilərinin İordan Çayının Qərb Sahilinin bəzi hissələrinə hücumları və fələstinli fəallarla toqquşmaları və onları həbs etmələri təqribən hər gün bu məntəqədə həyata keçirilən hərəkətlərdəndir.