İranXƏBƏRLƏR

EKO-nun energetika nazirləri iclası Tehranda işə başladı

İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-nun energetika nazirlərinin 3-cü iclası bu gün Tehranda işə başlayıb.
EKO-nun energetika nizamnaməsinin araşdırılması Tehran iclasının iş gündəmində duran əas mövzulardan biridir.
İran İslam Respublikasının Energetika Nazirliyi enerji mübadiləsi üzrə regional əməkdaşlıqlar üçün yeni nizamnamənin hazırlanması, təcrübələrin mübadiləsi və neft-qaz sənayesi ilə bağlı ixtisaslaşdırılmış elmi kursların təşkil edilməsi, azad regional ticarətin genişləndirilməsi və üzv ölkələr arasında enerji mübadiləsinin asanlaşdırılmasını Tehran iclasının ən mühüm müzakirə mövzularından adlandırıb.

eco-az

Bu 3 günlük iclasın ilk 2 günündə EKO-nun baş mütəxəssisləri iş gündəmində duran mövzuları araşdıracaq və digər üzv ölkələrin də nöqteyi-nəzərlərinin diqqətə alınması ilə yeni enerji nizamnaməsi ilə bağlı mövqelərini byan edəcək, daha sonra isə əldə olunmuş nəticələri yekun qərarın çıxarılması üçün energetika nazirləri iclasına təqdim edəcəklər.
İqtisadi Əməkdaşlıq Təşkilatının hazırda 10 üzvü var. Bu təşkilat əhalisinin ümumi sayı 330 milyon nəfər olan 8 milyon 620 min 697 kvadrat kilometrlik bir ərazini əhatə edir. EKO-nun neft, qaz və sənaye sahəsində böyük potensialları var.
EKO-nun nizamnaməsinə əsasən üzv ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması və üzv ölkələr arasındakı ticarət maneələrinin aradan qaldırılması istiqamətində səylər həyata keçirilir.
İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Əfqanıstan EKO-nun üzvləridirlər.
İqtisadi Əməkdaşlıq Təşkilatının əsas fəaliyyət sahələri ticarət və iqtisadiyyat, nəqliyyat, enerji, ekologiya, kənd təsərrüfatı, sənaye və turizm üzərində qurulub.

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu