DünyaXƏBƏRLƏR

MKİ 11 Sentyabr hadisələrini araşdıran tədqiqatçını öldürdü

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş zabitlərindən biri 11 Sentyabr hadisələri ilə bağlı tədqiqat aparan yazıçı Flip Marşal və onun övladlarının MKİ tərəfindən həyata keçirilən məxfi bir əməliyyat nəticəsində qətlə yetirildiklərini və intiharla bağlı versiyaların yalan olduğunu bildirib.
Marşalın 11 Sentyabr hadisəsi ilə bağlı ifşaçılıqlarına görə susdurulacağından qorxduğunu bildirən Vin Medson deyir: Marşalın cəsədi aşkar edilən zaman onun heç bir zaman istifadə etmədiyi və həmişə bağlı olan bir qapı tamamilə açıq idi.
Bu məlumata görə, Marşalın cəsədi ilə yanaşı oğlanları 14 yaşlı Maykl və 17 yaşlı Aleksin də cəsədləri aşkar edilmişdi.
Medson əlavə edir: Marşal bir çox məxfi əməliyyatların şahidi olan bir şəxs kimi son illər şübhəli və qaranlıq məsələləri ifşa etmək kimi bir qərar qəbul etmişdi.  Marşal inanırdı ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş bir çevriliş həyata keçirmək məqsədilə 11 Sentyabr hadisələrini həyata keçirib. O, özünün dördüncü kitabında bu haqda son dərəcə önəmli  məlumatların üstünü açmaq qərarına gəlmişdi.
Medsonun dediyinə görə cinayətin baş verdiyi məkan professionallar tərəfindən təmizlənib.
İslam, Yəhudilik və Xristianlıq Koalisiyasının banilərindən olan Kevin Bert də PressTV ilə müsahibədə deyib: Amerikada milli təhlükəsizlik dəstələri həm israilli həm də amerikalı ola bilərlər. Çünki, ümumiyyətlə ABŞ ictimaiyyəti 11 Sentyabr hadisəsi ilə bağlı israillilərin işğalına və nəzarəti altına alınıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu