Ərəbistan “Müsəlman Qardaşları” qrupunu terrorçu qruplar siyahısına salıb.
Ərəbistan dövləti cümə günü bir bəyanatda “Müsəlman Qardaşları” qrupu və “Ərəbistan daxilində Hizbullah” qrupu daxil olmaqla bəzi digər qrupları terrorçu qruplar siyahısına salıb.
Bu siyahı “İraq və Şam İslam Dövləti” və Yəməndə “Husilər” və “Cibhətunnəsr” qrupları daxil olmaqla başqa qruplara da şamil olur.
Bu bəyanatda həmin qruplardan hər cür asılılıq, onları himayə və ya onlara qoşulmaq qadağan edilibdir.
Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn son zamanlar Qətərin “Müsəlman Qardaşları” qrupunu dəstəkləməsinə etiraz olaraq, öz səfirlərini həmin ölkədən geri çağıraraq, iddia ediblər ki, öz təhlükəsizlikləri və stabilliklərini himayə üçün bu qərara gəlməyə məcbur olublar.