İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və daimi nümayəndəsi deyib: “ MAQATE-nın son hesabatı bu qurumun tam şəkildə nəzarəti ilə İranın nüvə uğurları və nailiyyətləri haqa sübutedici bir sənəddir.
Çərşənbə günü axşam MAQATE-yə üzv ölkələrin ixtiyarına verilən Yukiya Amanonun hesabatına münasibət bildirən İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri və daimi nümayəndəsi Əli Əsğər Sulatniyyə sonra deyib: Bu hesabat da keçmiş hesabatlar kimidir və yalnız bu hesabatda bir sıra statistikalar və informasiyalar dəyişibdir.
Bu hesabatın ən mühüm müraciəti haqda münasibət bildirən Sultaniyyə sonra deyib: Bu hesabatın ən mühüm müraciəti budur ki, AEBA heç bir maneə olmadan özünün təftişlər haqdakı fəaliyyətlərini davam etdirə bilər və nüvə maddələri və fəaliyyətlərdə də hərbi hədəflərə yayınma haqda heç bir faktın müşahidə edilməməsi bildirilir. Bu da çox mühümdür və on il davamlı təftişlərdən sonra Qərb mediaları və az saylı Qərb ölkələrinin iddialarının tam şəkildə əsassız olduğunu aşkara çıxarır.
İranın MAQATE-dəki nümayəndəsi sonra deyib: bu hesabatın başqa əhəmiyyətli cəhəti budur ki, bu dəfədə keçmiş hesabatlar kimi, İran İslam Respublikasının nüvə sahəsindəki inkişafları və nailiyyətlərinə etiraf edilir, o da MAQATE-nin nəzarəti altında və sülhsevər məqsədlər çərçivəsində. Bunun mənası isə İranın beynəlxalq qaydalara öhdəlikli olmaqla yanaşı böyük uğurlar və nailiyyətlərə imza atmasıdır.
