Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi- Vladımir Vernakov bildirib ki, İranın bütün nüvə mərkəzləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır və müfəttişlər bu mərkəzdə daimi iştiraka malikdirlər.
Vernakov Rusiyanın Dövlət Radiosu ilə müsahibədə deyib: Bu reallığa diqqət yetirmək lazımdır ki, İranda nüvə adlandırılmış və nüvə maddələri üzərində işlənilən mərkəzlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və onun müfəttişlərinin nəzarəti altındadır.
O, əlavə edib: İranın özünün bu fəaliyyətlərini gizlətməsinə dair iddianı qəbul etmək olmaz.
O, əlavə edib: İranın nüvə proqramı və sonrakı illərdə onun mahiyyətinin dəyişəcəyi haqda heç bir təhlükə yoxdur.
Vernakov söyləyib: İranla müzakirələr prosesi davam edir və zənnimcə, sonda uğur qazanacaq.
Agentlik və İran dinc nüvə proqramının irəliləyişinə maraqlıdırlar və bu, İranla agentlik arasındakı danışıqlardan müsbət nəticənin əldə olunması üçün şərait yaradır.