DünyaXƏBƏRLƏR

İngilis hərbçinin başı bədənindən ayrıldı

Londonda iki şəxs bir əsgərə hücum edərək, onun başını kəsiblər. İngiltərənin nazirlər kabineti bu məsələ ilə əlaqədar fövqəladə iclas təşkil edib.

Hərbçi olduğu bildirilən şəxs Londonun cənub-şərqində hücuma məruz qalıb və başı kəsilib.

KİV-lərdən daxil olan məlumatlara görə, bu cinayət 2 nəfər tərəfindən törədilib və cinayətkarlardan biri hadisə şahidlərini danışacaqları təqdirdə ölümlə təhdid edib.
İngiltərə polisi bu iki cinayətkara tərəf atəş açaraq, onları yaralayıb.

Bu hadisənin ardınca İngiltərənin Nazirlər Kabineti fövqəladə iclas təşkil edib. Baş nazir Deyvid Kameron bu hadisəni dəhşətli və şok edici adlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu