AvropaDünyaXƏBƏRLƏR

Amerikalı casuslar Ukraynada

Rusiya KİV- i ABŞ- ın Ukraynada geniş casusluq fəaliyyətinə malik olmasından xəbər verib.

Rusiya kütləvi informasiya vasitələrinin bu barədə yaydığı məlumatlarda bildirilir ki , ABŞ- ın Mərkəzi kəşfiyyat İdarəsi və Amerikanın Federal Təhlükəsizlik Bürosunun əməkdaşları müşavir qismində Ukrayna liderləri ilə əməkdaşlıq edirlər .

Bu məlumata görə , amerikalı casuslar ölkənin cənub və şərq hissəsində hökumət əleyhinə etirazlar yatırdılmasında , təhlükəsizlik bölmələrinin təşkil edilməsindən Ukrayna rəsmilərinə məsləhətlər verirlər.

Rusiya mediasının yaydığı məlumatlara görə , Ağ Evin göstərisi əsasında MKİ və FTB -nin onlarla əməkdaşı Ukraynanın yeni hökumətinə hökumət əleyhinə etirazlar yatırdılmasında habelə , Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə təsirli təhlükəsizlik sisteminin qurulmasında kömək edir .

Rusiya medialar bundan öncə də bildirmişdilər ki , təqribən 150 – ə yaxın amerikalı muzdlu silahlı Ukrayna hökumətinə etirazlar yatırtmaqda kömək etmək üçün bu ölkənin şərqində yerləşən Donetsk şəhərinə ezam olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu