DünyaXƏBƏRLƏR

İngiltərənin MKİ-nin məxfi əməliyyatlarındakı rolu ifşa edildi

Son zamanlar aparılmış araşdırmalara görə, İngiltərə hökuməti insanların qanunsuz olaraq saxlanılması və ölkədən köçürülməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə geniş əməkdaşlığa malik olub.

“Saxlanılma və Köçürmə” adı altında aparılan bu araşdırmaların nəticələrinə görə, İngiltərə hökuməti şübhəlilərin qanunsuz şəkildə saxlanılması və köçürülməsi əməliyyatlarında öncələr mövcud olan təsəvvürlərdən qat-qat artıq iştiraka malik olub və MKİ agentlərini hərtərəfli formada dəstəkləyib. Buna misal olaraq demək lazımdır ki, bu məxfi əməliyyatlarda istifadə edilən bir təyyarə 1622 dəfə qanunsuz olaraq İngiltərənin hava limanlarından istifadə edib.

Bu araşdırmalara görə, adam oğurluğu kimi müxtəlif qanunsuz əməliyyatlarda London MKİ ilə yaxından əməkdaşlıq edib və bu cinayətlərdə birbaşa iştiraka malik olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu