İngiltərə Azərbaycan üçün nəsə planlaşdırır
Siyasi analitiklərin fikrincə, İngiltərə hökuməti Azərbaycan Respublikasında gələn illərdə hansısa dəyişikliyin olacağını hiss edib və ondan ehtiyatlanır.
Siyasi analitiklərin bildirdiyinə görə, BP şirkəti vasitəsi ilə Azərbaycanda xeyli neft maraqı olan İngiltərənin İrfan Siddiq kimi təcrübəli diplomatını Bakıya səfir göndərməsi İngiltərənin xüsusi planlarından xəbər verir.
İngiltərənin Azərbaycana yeni təyin edilmiş səfiri İrfan Siddiq ilk mesajinı Facebook-dan verib.
Azərbaycanca danışan səfir İrfan Siddiq İngiltərə ilə Azərbaycan arasında münasibətlərin gələcəkdə daha da yaxşılaşdıracağını deyib!
Açıqlamasında İngiltərə səfiri bildirib ki, Azərbaycanla Böyük Britaniya güclü və dərin əlaqələri olan ölkələrdir!
Sentyabrın 12-də prezident İlham Əliyevlə görüşən səfir İrfan Siddiq etimadnaməsini prezidentə təqdim edib.
İrfan Siddiq bundan əvvəl Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. Keçmiş xarici işlər nazirləri Jack Straw və Margaret Beckettin şəxsi katibi olub!!
