
Suriya prezidenti İngiltərə hökumətinin Suriyada terrorçuları silahlandırmağa çalışdığını bildirib.
Bəşşar Əsəd İngiltərədə çıxan Sandey Tayms jurnalı ilə müsahibədə deyib: London Suriyada terrorçuları silahlandırmağa çalışır.
B.Əsəd əlavə edib: Onların Suriyada terrorçuları silahlandırmağa çalışdığı bir halda biz necə onlardan kobudluqlara qarşı mübarizə aparmalarını gözləyə bilərik?
İngiltərə baş naziri Deyvid Kameron Suriyada terrorçu qüvvələrə yardımların artırılması ilə razılaşıb və Avropadan Suriyaya silah göndərilməsi qadağasını ləğv edib ki, terrorçuların silahlandırılması asanlaşdırılsın.