AzərbaycanXƏBƏRLƏR

El hərəkatı Milli Şuranın yaradılmasına mane olanlara etiraz etdi

28 May Respublika günü münasibəti ilə bağlı fövqəladə toplantı keçirən El hərəkatı bir bəyanat bildirib : “Milli Şura Azərbaycan siyasi həyatının ən vacib rola malik qurum ola bilər.İctimai maraq sübut edir ki, Milli Şuranın yaradılması bu gün sosial sifarişdir. Ancaq istər müxalifət, istərsə iqtidar düşərgəsindən bu ideyanın gerçəkləşməsinə mane olan qüvvələr var”.

El hərəkatı əlavə edib : “Biz Milli Şuraya qarşı bütün cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk”.

Bəyanatda əlavə elonub : “El hərəkatı cari duruma qətiyyətlə etiraz edir, 28 May kimi əlamətdar bir gündə Milli Şuranın elan edilməsinin vacibliyini bəyan edir. Qoy bu işə mane olanlar öz məsuliyyətlərini dərk etsinlər, tarix qarşısında milli birliyə mane olduqları üçün məsuliyyət daşıyacaqlarını anlasınlar”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu