İranİslami oyanış dalğasıXƏBƏRLƏR

İran səması dost ölkələr üçün təhlükəsizdir

İran səması dost ölkələr üçün təhlükəsiz və düşmənlər üçün təhlükəli olacaqdır.

İranın Xatəmul-Ənbiya havadan müdafiə qərargahının komandanı bu qərargahın keçirilməsinin 5-ci illiyi mərasimində və bu mərasimdə iştirak edən müxtəlif ölkənin 32 attaşesi qarşısında deyib: İran İslam Respublikası səması beynəlxalq qanunlar çərçivəsində dost ölkələr üçün təhlükəsiz və istənilən düşmənçilik hərəkəti üçün təhlükəli olacaqdır.

“Biz İranda “Avaks”dan sanksiya və məhdudiyyətlərə görə deyil, özümüz istifadə etmirik” deyən general Fərzad İsmaili jurnalistlərə deyib: İrana qarşı hədələri başqa bir formada müəyyənləşdirdiyimizə görə, kəşfiyyat təyyarələrinə malikik. Bunlar həm “avaks”ın işini, həm də informasiya və kəşfiyyat işlərini görürlər.

Komandan İran İslam Respublikası müdafiəsinin yeni nailiyyətinin gələn iki gün ərzində təqdimatının keçiriləcəyini bəyan edərək deyib: Bu nailiyyət İran İslam Respublikasının önəmli müdafiə təchizatlarındandır.

General İsmaili yaxın gələcəkdə S-200 raket kompleksinin əməliyyat üçün hazır olacağını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu