Avropa xarici siyasət koordinatoru Katrin Aşton yaxın gələcəkdə İrana səfər edəcəyi barədə məlumat verib.
Avropa xarici siyasət üzrə koordinatoru Katrin Aşton 5+1 qrupu ilə İran arasında nüvə müzakirələri üzrə koordinasiya işlərini həyata keçirdiyini bildirərək ötən gün (bazar ertəsi 13 yanvar) qarşıdakı həftələr ərzində İrana səfər edəcəyini bildirib.
Avorpa xarici siyasət üzrə koordinatoru Katrin Aşton hazırda Küveytdədir və o ölkənin xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Əhməd əl-Sabah ilə görüşüb fikir mübadiləsi aparıb.
İran İslam Respublikası xarici işlər nazirinin müavini Abbas İraqçı isə bazar günü (12 yanvar) Tehranda bildirmişdi ki, İran xarici işlər naziri Avropa xarici siyasət koordinatorunu Tehrana səfərə dəvət edib.