AsyaDünyaİranXƏBƏRLƏR

İranın siyasəti dünya sülhünə xidmət edir

Ruminiyanın NATO-dakı nümayəndəsi deyib: İranın yeni hökumətinin siyasəti dünya üzrə sülhün bərqərarı və güclənməsinə xidmət edir.

Ruminiyanın NATO-dakı təmsilçisi Haralambie Vochitoiu ötən gün İranın mərkəzində yerləşən İsfahan şəhərinin valisi ilə görüşdə deyib: Ruminiya hökuməöti İranın yeni hökumətinin xarici siyasətləri ilə tam razıdır.

Ruminiya təmsilçisi həmçinin Cenevrədə əldə edilən nüvə anlaşmasını Yaxın Şərq və İran xalqının inkişafı üçün önəmli adlandıraraq deyib: Bu anlaşma İranın inkişafı üçün lazımı imkanları təmin edəcəkdir.

Ruminiyanın NATO-dakı təmsilçisi, Cenevrə anlaşmasının müsbət gedişatını İranın inkişafı üçün olduqca əhəmiyyətli hesab edib.

Ruminya rəsmisi Haralambie Vochitoiu İsfahan valisi Rəsul Zərgərin açıqgörənliyini təqdirə layiq hesab edərək deyib: Bu səfər İran xalqının zəngin mədəniyyətini Ruminiya xalqına aydınlaşdırıb.

İsfahan valisi isə deyib: İsfahan vilayətinin xarici ölkələrlə iqtisadi, ictimai və mədəni əlaqələri İran hökumətinin siyasətləri çərçivəsində genişləndiriləcək.

İsfaha valisi həmçinin açıqlayıb: Avropalı heyətlər yaxından İran xalqının mədəniyyət və sivilizasiyası ilə tanış olmalıdırlar. Belə olarsa İran İslam Respublikasına qarşı mənfi təbliğatların puç olduğunu başa düşərlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu