AsyaDünyaİraqXƏBƏRLƏR

Terrorizmlə mübarizədə İraqın xüsusi rolu

İraqlı siyasi ekspert bildirib ki, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqası və bir çox bölgədəki ölkələr terrorizmin regionu əlavə təhlükələrlə qarşı-qarşıya qoyacağını düşündükləri halda, İraq hökuməti tərəfindən terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyiblər.

İraqlı siyasi şərhçi İbrahim Əl-İbadi, İran tele-radio təşkilatının sərhədaşırı bölməsinin ərəbdilli radiosuna verdiyi müsahibədə İraqda sabitliyin bərqərar edilməsi üzrə səylərin mahiyyəti haqda deyib: İraqın qərbində yerləşən Əl-Ənbar vilayətinin Əl-Qaidəyə bağlı olan terrorçulardan təmizlənməsi üçün İraq ordusu ilə İraqın əşirəvi qüvvələrinin əməkdaşlığı ilə eyni zamanda siyasi səylər də həyata keçirilir və bu məsələ müsbət nəticələrlər əldə edə bilər.

Əl-İbadi bildirib: Dünya ölkələri terorizmin təhlükəsini artıq başa düşdükləri üçün İraq hökumətinn Əl-Qaidə qruplaşması, xüsusilədə Daiş (İraq və Şam ilamı hökuməti) ilə apardığı mübarizəsinin böyük önəm daşıdığını bilirlər.

İraqlı ekspert deyib: İraq dəyişiklikləri ilə bağlı BMT–nin Təhülkəsizlik Şurası və Ərəb Liqasının bəyanat qəbul etmələri göstərir ki, bu ölkə Yaxın Şərq məntəqəsində terrorizmlə mübarizə mərkəzinə çevrilib və bu məsələ isə terrorçuların İraqın Əl-Ənbar və digər vilayətlərindən çıxarılmasına çoxlu yardım edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu