FələstinXƏBƏRLƏR

Fələstində kütləvi bir qəbir tapılıb

1948-ci il müharibəsi qurbanlarından olan onlarla fələstinliyə aid olan kütləvi bir qəbir işğal olunmuş ərazilərdə yerləşən Yafa şəhərində aşkar edilib.

İşğal olunmuş ərazilərdəki kütləvi bir qəbirdə onlarla nəfərin cəsədinin qalıqları tapılıb ki, 1948-ci il müharibəsində öldürülmüş fələstinlilərə aiddir.

Bundan öncə sakinlərini fələstinli ərəblər təşkil edən Yafa şəhəri 1950-ci ildə Təl-Əviv tərəfindən işğal edildi.

Ben Quryon tərəfindən Qüdsü işğal etmiş rejimin mövcudluğunun elan olunmasından sonra bu rejimin Fələstinə və məntəqədəki ərəb ölkələrinə qarşı törətdiyi ilk müharibə 1948-ci il müharibəsi ilə tanınır. Bu müharibə müddətində sionistlər Fələstin ərazisinin 78%-ni öz işğalları altına aldılar. Bu müharibə nəticəsində Fələstin müsəlmanlarının didərgin düşmələrinin ilk və böyük mərhələsi baş verdi. Bu zaman bir milyon 900 min nəfərdən təqribən bir milyon fələstinli qonşu ölkələrə didərgin düşdü.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu