İran İslam Respublikasının neft naziri Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK-in gündəlik maksimum 30 milyon barel neft istehsalının təsbit olunduğunu bildirib.
Rüstəm Qasimi əlavə edib: Bu təşkilatın 163-cü iclasında bağlı qapılar arxasında saatlarla müzakirədən sonra üzvlər qərara aldılar ki, gündəlik maksimum 30 milyon barel neftin istehsalını sabit saxlasınlar.
Qasimi OPEK-in 163-cü iclasının nəticələrini münasib adlandıraraq deyib: Təşkilat üzvləri ötən günkü iclasda çoxlu anlaşmalar əldə etdilər.