DünyaXƏBƏRLƏR

Seyid Müqtəda Sədr Qətərdə Talibanın iştirakına qarşı aksiyanın keçirilməsini istəyib

Sədr Cərəyanının lideri Seyid Müqtəda Sədr Qətərdə Əfqanıstan Taliban qruplaşmasına ev sahibliyinin edilməsindən təəssüfləndiyini bildirərək bu iştiraka etiraz olaraq aksiyanın keçirilməsini istəyib.

Müqtəda Sədr Talibanın iştirakı ilə konfransa ev sahibliyi üçün qardaş Qətərin hərəkətindən kəskin təəssüfləndiyini bildirib.

Müqtəda Sədr əlavə edib: Bu qruplaşma əl-Qaidə terrorçu qruplaşmasının strategiyasını öz gündəminə salıb və salır və Qətər rəsmilərindən istəyirəm ki, onları ölkələrindən çıxarsınlar və onları amerikalılarla birlikdə bir araya gətirməsinlər. Çünki bu məsələ işğalçılığını qanuniləşdirilməsi və beynəlxalqlaşdırılması mənasında hesab olunur.

Sədr cərəyanının lideri İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Birliyi və BMT kimi beynəlxalq tərəflərdən bu işin qarşısını almaqdan əlavə Qətər və ABŞ-ın da bu məsələdə qarşısını almalarını istəyib.

Qətər bir neçə gün öncə Doha şəhərində Taliban qruplaşması üçün ofisi açıb və bu məsələ ABŞ tərəfindən ehtiyatlı şəkildə müsbət qarşılanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu