İordan çayının qərb sahilində yerləşən Nablos şəhərinin sakinləri İsrail məhsullarının boykot edilməsinə təkid məqsədilə aksiya keçiriblər.
Onlarla fələstinli şənbə günü Fələstin Xalq Partiyası və Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin dəvəti ilə Nablos şəhərində keçirilən aksiyada iştirak edərək, İsrail məhsullarına sanksiyaların tətbiq edilməsini və onların Fələstin bazarlarında satışına qadağanın qoyulmasına təkid ediblər.
Fələstin Xalq Partiyasının fəallarından olan Xalid Mənsur bu aksiyada iştirak edərək, deyib: Fələstinlilər İsrail məhsullarını almaqla övladlarına tərəf atılan güllələrin, bombaların xərcini ödəməməlidirlər.
Bu fələstinli fəalın dediyinə görə, İsrail məhsullarını almaq İsrail iqtisadiyyatını himayə etmək anlamına gəlir.
