Küveytli bir jurnalisit bildirib ki, Küyvetdə yayılan Fars Körfəzi Əməkdaşlıq Şurası iclasının son bəyanatı bu şuraya üzv ölkələrin Birlik təşkil etmək haqda ciddi ixtlaflara malik olduqqlrını göstərir.
Küveytli jurnalist Hüseyn Camal ötən gün (çərşənbə 11 dekabr) Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr arasında Birlik yaradılması üzrə ortaya çıxan fikir ayrılıqlarına toxunaraq deyib: Ötən iki il ərzində isə şuranın qurulması haqda fikir ixtilafları dəfələrlə üzə çıxmışdı.
Jurnalist Ərəbistanın şurada nüfuzunun azalması üzərində təkid edib ki, Şuraya üzv ölkə xalqları, siyasi və iqtisadi əməkdaşlıqların genişlənməsini vurğulayırlar və bu ölkələr iqtisadi məsələlərlə yanaşı siyasi məsələləri də irəli sürməlidirlər.
Küveytli jurnalist açıqlayıb: Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin daxili qanunları ölkələr arasında tezliklə bir Birliyin yaradılmasına imkan vermir zira bu ölkələr lazimi səviyyəyə malik deyillər.
Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin 34-cü iclası çərşənbə axşamı və çərşənbə günləri 10-11 dekbar Küveytin ev sahibliyi ilə keçirildi.