AsyaXƏBƏRLƏR

Amerikanın casusluq planları əleyhinə Münhen və Bostonda etiraz aksiyaları keçirilib

Amerikanın Boston və Almaniyanın Münhen şəhərinin əhalisi aksiyalar təşkil edərək, Amerika dövlətinin casusluq planları əleyhinə etiraz ediblər.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə Amerika və Almaniyada “ Dördüncü Layihənin Yenidən Bərpası” adlı kampaniyanın tərəfdarı olan fəallar və adı xalq, Eduvard Snovdenin ifşa etdiyi Amerikanın Milli Təhlükəsizlik Agentliyinin casusluq planlarına etirazda aksiyalar təşkil ediblər.

Amerikanın dördüncü layihəsi bu ölkə vətəndaşlarının qeyri-qanuni axtarışlar və izləmələrdən amanda qalmaq üzrə vətəndaş hüquqlarına təkid edir.

Ötən həftələrdə Amerika hökumətinin bu ölkə və bəzi Avropa ölkələri vətəndaşlarından internet və telefon zəminində casusluq rüsvayçılığının ifşa edilməsi Dördüncü Layihənin Yenidən Bərpası adlı bir kampaniyanın fəaliyyətə başlamasına səbəb olub. Bu kampaniya Mozilla, Mediaların Azadlığı Fondu və media azadlıqlarını himayə edən bəzi digər amerikan və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu