Pakistan hökuməti bu ölkədə seçkilər ərəfəsində Nyu-York Times nəşrinin ofisinin rəhbərinə Pakistan torpağını tərk etməsini göstəriş verib.
Deslan Walls cümə axşamı günü Pakistan polisindən məktub alıb. Həmin məktubda təkcə iki cümlə qeyd olunub. Ondan istənilib ki, 3 gün ərzində ölkəni tərk etsin.
Times nəşrinin məlumatına görə, bu məktubda qeyd olunub: Bununla bildirilir ki, sizin vizanız qeyri-münasib fəaliyyətlərə görə ləğv edilmişdir. Elə buna görə tövsiyə olunur ki, ölkəni 72 saat ərzində tərk edəsiniz.
Nyu-York Times-ın məsul müdiri bu qərara yenidən baxılmasını istəyib.
Pakistan xalqı bu gün güclü təhlükəsizlik tədbirləri şəraitində parlament seçkilərində iştirak edəcək.