Bakının “Sovetski” adlanan ərazilərinin sakinləri yeni aksiyalar keçirəcəklər. Artıq sakinlər arasında bu barədə geniş məlumat yayılmaqdadır.
Dəyərlərin məlumatına görə, aksiyanın martın 8-də və 9-da keçiriləcəyi gözlənilir.
Martın 8-dəki aksiyada yalnız qadınlar iştirak edəcək.
Bu arada martın 3-də keçirilmiş aksiya zamanı saxlanılan 5 nəfərə sutkalıq həbs cəzası verilib. Saxlanılanlardan Əliyev Elxana – 30 sutka, Hikmət Zeynalova – 30 sutka, Ataşov Rəşada – 15 sutka, Mirislama – 15 sutka, Ülviyə – 15 sutka verilib.
Həbslər isə “Sovetski”də gərginliyi daha da artırıb. Sakinlər onların buraxılmasını tələb edirlər
